Hüquq müdafiəçisi Gülalıyevin müalicəsi Bakıda davam etdirilir 09 Noyabr 2020 16:00 Hüquq Hüquq müdafiəçisi Oqtay Gülalıyev uzun müddət İstanbulda “Amerika hospitalı” klinikasında müalicə aldıqdan sonra Bakıya qaytarılıb. Onun müalicəsi ev şəraitində davam etdirilir. Bu barədə fəalın həyat yoldaşı Firuzə Gülalıyeva bildirib. Uçuş hüquq müdafiəçisinin vəziyyətinə təsir etməyib, deyə o bildirib. Oqtay əllərini oynadır, gözlərini açır, amma hələ özünə gəlməyib, deyə həyat yoldaşı qeyd edib. Gülalıyevə qulluq və onun müalicəsi üçün tibbi heyət ayrılıb. Ailə özü Gülalıyevin Bakıya qayıdıb evdə müalicə olunmasını istəyib. / turan/ Teqlər : #Hüquq,#müdafiəçisi,#Gülalıyevin,#müalicəsi,#Bakıda,#davam,#etdirilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini Əfqan Sadıqovu azad etməyə çağırıb Fəxrəddin Abbasov həbsxanada intihar edib