Hudeydədən didərgin düşənlərin sayı 121 mini keçdi

Hudeydədən didərgin düşənlərin sayı 121 mini keçdi

-- 17 min 350 ailə

BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Ofisi,Yəmənin Hideydə şəhərində humanitar yardımla məşğul olan qruplarla birlikdə hesabat hazırlayıb.
 
Maide.Az "AA"-a istinadən xəbər verir ki, hesabatda bildirilir ki,  Səudiyyə Ərəbistanı və koalisiya qüvvələrinin təcavüzünə məruz qalmış  Yəmənin Hudeydə bölgəsində əhali şəhərdən köçməyə davam edir və iyun ayından bəri köçənlərin sayı 121 min nəfəri keçib. Evlərindən didərgin düşmüş insanlar 17 min 350 ailəyə mənsubdur.
 
Hesabatda 10 mindən çox ailəyə mənsub olan təqribən 80 min insana qida və təcili yardım ləvazimatları kimi həyati əhəmiyyətli yardımlar edildiyi bildirilir.
 
Hudeydə hava limanı və Hudeydə- Sana yolu yaxınlığında hava hücumları davam edir. Dünən də Zebid bölgəsinə kəskin hava hücumlarının təşkil edildiyi bildirilir. 
 
Humanitar yardım işçilərinin Hudeydədə olduğuna toxunan hesabatda, yardım konvoylarının çətinliklə üzləşmədən şəhərə girib çıxdığı bildirildi. Hesabatda, şəhərdəki bir çox yolun hələ də nəqliyyata bağlı olduğu, Hubeydənin bir çox bölgəsinə getmək üçün müzakirəyə ehtiyac olduğu bildirilib.
 
Hesabatda, köç səbəbiylə şagirdlərin sadəcə yarısının məktəbə gedə bildiyi qeyd olunub. Şəhərin daxilində də bir çox yəmənli yaşayış yerini dəyişdirir ancaq təhlükəli olduğu üçün bu insanların yerləşdiyi bölgələrlə əlaqə yaradıla bilinmir.
 
Hesabatda bildirilir ki, güvənliyin zəif olması səbəbiylə 7 səhiyyə idarəsi bağlanılıb və ya müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
 
Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində 10 mindən çox uşaq və qadın həyatını itirib.  Ölkəyə huanitar yardımın əngəllənməsi səbəbindən kütləvi xəstəliklər hökm sürür. 3 milyon 400 min nəfərdən çox Yəmənli  evlərindən didərgin düşüb. 
 

Google+ WhatsApp ok.ru