Human Rights Watch: `Hindistan, müsəlmanlara qarşı zorakılığı dayandırsın`

Human Rights Watch: `Hindistan, müsəlmanlara qarşı zorakılığı dayandırsın`

"Human Rights Watch" təşkilatı Hindistanda inəklərin alqı-satqısı və kəsilməsinə görə özlərini “inəklərin mühafizləri” adlandıran şəxslərin müsəlmanlara və cəmiyyətin aztəminatlı insanlarına hücumlarının artmasına narahatlığını bildirib. 
 
Maide.Az xəbər verir ki, "Human Rights Watch" təşkilatı cümə günü elan edib ki, Hindistan rəsmiləri gərəkdir ki, tez bir zamanda bu hücumlar barədə araşdırma aparmalı və hücumu törədənləri cəzalanadırmalıdır. 
 
Bir çox tənqidçilər bildirir ki, bu şəxslər hakim Bharatiya Janata patiyası ilə əlaqəsi olan ifratçı hindu qruplarla əlbir olanlardır. 
 
"Human Rights Watch" bildirir ki, Narendra Modi 2015-ci ildə baş nazir olduqdan sonra indiyədək belə hücumlar nəticəsində ən az 10 müsəlman öldürülüb.  
N.Modi bu kimi hücumları pisləyib. 
 
Qeyd edək ki, Hindistanın 1.3 milyard nəfərlik əhalisinin 80 faizi hindulardır. Onlar inəyi müqəddəs hesab edir. Hindistanın bir neçə əyalətində inək ətinin satışı qadağandır. /

Google+ WhatsApp ok.ru