Husilər Səudiyyə Ərəbistan tankerlərinə hücum etdi, Ər-Riyad neft ixracını dayandırdı

Husilər Səudiyyə Ərəbistan tankerlərinə hücum etdi, Ər-Riyad neft ixracını dayandırdı

Səudiyyə Ərəbistanı müvəqqəti olaraq Bab əl-Məndəb boğazından neft ixracını dayandırıb.
 
Maide.Az bildirir ki, bu barədə məlumatı “Əlcəzirə” televiziyası yayıb. Belə bir qərara səbəb husilərin Qırmızı dənizdə Səudiyyə Ərəbistanının iki tankerinə hücum etməsi olub.
 
Neft tədarükünün boğazlarda hərəkətin tam təhlükəsiz olacağı təqdirdə bərpa ediləcəyi vurğulanıb.
 
Xatırladaq ki, Səudiyyə Ərəbistanının liderliyində Yəmənə qarşı başladılan təcavüz təxminən 3 ilə yaxındır ki, davam edir.
 
Bu müddətdə ölkədəki həyati infrastrukturlar tamamilə darmadağın edilib və tətbiq edilən iqtisadi sanksiyalarla vəba kimi bir çox yoluxucu xəstəliklər nəticəsində ölkə əhalisi çox ciddi təhdidlərlə üz-üzədir.
 
Əgər tədbir görülməsə ölkədə insanlıq faciəsi baş verəcək.
 
 

Google+ WhatsApp ok.ru