ICESCO İslam dünyasında su təhlükəsizliyi mövzusunda forum keçirəcək 25 İyul 2020 09:36 Dünya İyulun 27-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) “Su təhlükəsizliyinin İslam dünyasında sülh və inkişafın təmin edilməsində rolu” mövzusunda virtual forum keçirəcək. Maide.Az "azərtac"a istinadla xəbər verir ki, bu tədbirin keçirilməsi gələn il Seneqalda təşkil ediləcək Dünya Su Forumuna hazırlıq məqsədi daşıyır. ICESCO-nun məlumatında bildirilir ki, tədbirdə iştirak edəcək üzv ölkələrin nümayəndələri Dakar forumuna təqdim ediləcək hesabatların xülasəsini təqdim edəcək, öz ölkələrində su təhlükəsizliyi ilə əlaqədar vəziyyətdən danışacaqlar. Foruma, həmçinin beynəlxalq təşkilatların təmsilçiləri də qatılacaq. Ekspertlər İslam ölkələrində su ehtiyatları, onlardan səmərəli istifadə və bu sahədə əməkdaşlığa dair hesabatlarla çıxış edəcəklər. Tədbir çərçivəsində ICESCO və Dakar Dünya Su Forumunun baş katibliyi arasında əməkdaşlığa dair sənəd də imzalanacaq. Teqlər : #ICESCO,#İslam,#dünyasında,#təhlükəsizliyi,#mövzusunda,#forum,#keçirəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ-ın hərbi bazasında atışma baş verib, ölən var Musəvi: ‘İran heç bir düşmənçilik hərəkəti cavabsız qoymayacaq’
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO