Şimal bölgəsində 26 sm hündürlükdə qar yağıb, temperatur mənfi 10 dərəcəyə enib - FOTO

Şimal bölgəsində 26 sm hündürlükdə qar yağıb, temperatur mənfi 10 dərəcəyə enib - FOTO

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib.
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusarın Ləzə kəndində 26 sm hündürlükdə qar yağıb, temperatur mənfi 10 dərəcəyədək enib. 
 
Qubanın Qrız kəndinə 17 sm, Xaltana 14 sm, Xınalığa 11 sm, Təngəaltına 7 sm hündürlüyündə qar düşüb. Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 21 sm-ə çatıb.
 
Quba, Qusar və Xaçmaz şəhərlərinə 1-2 sm qar yağıb.
 
Şimal-qərb küləyi arabir Naftalanda 18, Bakıda və Abşeron  yarımadasında: Bakıda 25, Pirallahı, Maştağada 20, Sumqayıtda 19, Binədə 18 m/s-dək güclənib. 
 
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.4 metrə çatıb.  
 
Havanın temperaturu dekabrın 23-də iqlim normasından 1 dərəcə aşağı olub.
 
 
 
 

Google+ WhatsApp ok.ru