Çin əhalisi 2018-ci ildə 1,27 milyon nəfər azalıb 04 Yanvar 2019 15:48 Xəbərlər Çin əhalisi 2018-ci ildə 1,27 milyon nəfər azalıb. Maide.Az “Report”-a istinadən xəbər verir ki, Çin Dövlət Səhiyyə və Planlı Doğuşlar Komitəsinin məlumatlarını və başqa açıq yerli mənbələri tədqiq edən Pekin Universitetindən iqtisadçı Su Çianq və Viskonsin Madison Universitetindən doğum üzrə ekspert Yi Fuxian sözügedən ölkədə 2017-ci ilə nisbətən 2,5 milyon az, yəni cəmi 10,31 milyon uşaq doğulduğu, eyni zamanda ölüm sayının da 11,58 milyon təşkil etdiyi qənaətinə gəliblər. Beləliklə, Çin əhalisinin son 70 ildə ilk dəfədir azaldığı bildirilir. Ötən ili Çin əhalisi üçün "tarixi dönüş nöqtəsi" kimi səciyyələndirən ekspert Yi Fuxian bunu doğuş yaşlı qadınların azalması və təhsil, səhiyyə, mənzil xərclərinin artması səbəbindən bir çoxlarının tək övlad sahibi olmağa, yaxud heç övlad dünyaya gətirməməyə üstünlük verməsi ilə izah edib. Teqlər : #Çin,#əhalisi,#2018ci,#ildə,#milyon,#nəfər,#azalıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tramp hakimiyyətə gələndən ABŞ-ın dövlət borcu 70 ildə rekord həddə çatıb ‘Huawei’ şirkəti ‘iPhone’ işlədən işçilərini cəzalandırdı