Çində məktəblilərə hücum - 40 yaralı

Çində məktəblilərə hücum - 40 yaralı

Çinin cənubundakı Uçjou şəhərində bıçaqla silahlanmış şəxs məktəblilərə hücum edib.
 
Maide.Az Trend-ə istinadla xəbər verir ki,  hücum zamanı 40 nəfər xəsarət alıb.
 
Yaralılar arasında məktəbin direktoru da var. Araşdırmalar nəticəsində məlum olub ki, hücumu törədən şəxs məktəbin mühafizəçisi olub.
 
Hazırda həmin şəxs saxlanılıb. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
 
Yaralılardan 3 nəfərin vəziyyəti ağır olaraq dəyərləndirilir.
 

Google+ WhatsApp ok.ru