Çin İrandan gündəlik 1 milyon barel xam neft  alır

Çin İrandan gündəlik 1 milyon barel xam neft alır

ABŞ -ın İranın neft sənayesinə tətbiq etdiyi sanskiayalara baxmayaraq  Çin bu ölkədən gündəlik 1 milyon barel xam neft  alır. 
 
Maide.Az "tasnimnews"a istinadla xəbər verir ki,  Ticarət və analitik mənbələr Çinin cari ayda İrandan gündəlik 1 milyon barel neft idxal edəcəyini proqnozlaşdırıblar. Bu rəqəm Çinin Səudiyyə Ərəbistanından aldığı neftin yarısıdır. 
 
Qeyd edək ki, ABŞ mart ayında Çinə İrandan neft alışını dayındırmaqla bağlı xəbərdarlıq edib. Buna baxmayaraq Çin İranla  400 milyard dollar dəyərində  uzun müddətli müqavilə imzalayıb. Müqavilədə Çin İran iqtisadiyyatının müxtəlif sahələrinə  25 il ərzində investisiya yatıracaq və bunun qarşılığında İrandan neft alacaq. 
 
 

Google+ WhatsApp ok.ru