Şirvanda yanğın iki uşağın həyatına son qoydu

Şirvanda yanğın iki uşağın həyatına son qoydu

Yataqxama sakinlərinin təxliyə olunduğu deyilir
 
Şirvan şəhərində beşmərtəbəli yataqxanada yanğın olub, nəticədə 2 uşaq ölüb.
 
Məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.
 
Bildirilib ki, hadisə H.Əliyev prospekti, 1 ünvanında yerləşən yataqxanada baş verib.
 
Binanın 3-cü mərtəbəsində ümumi sahəsi 12 m² olan birotaqlı mənzildə 1 ədəd divan yanıb. Yanğın zamanı tüstü dolmuş mənzillərdən 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
 
Hadisə zamanı evdə olan 2015-ci il təvəllüdlü Eldar Vəliyev və 2018-ci il təvəllüdlü Araz Vəliyev tüstüdən zəhərləniblər. Onlar qonşular tərəfindən xəstəxanaya aparılsa da, hər ikisi orada vəfat edib.
 
Nazirlik mənzillərin yanğından mühafizə olunduğunu qeyd edib.
 

Google+ WhatsApp ok.ru