Kəbə örtüyü dəyişdirildi - FOTO

Kəbə örtüyü dəyişdirildi - FOTO

Hər il Təməttö həcci ərəfəsində hacılar Ərəfə çölündə olarkən Kəbə evinin pərdəsi dəyişdirilir.
 
Maide.Az İSNA-a istinadla xəbər verir ki, ötən gecə yağış altında məhdud sayda insanın iştirakı ilə Kəbənin örtüyü dəyişdirilib. 
 
Hər il örtüyün dəyişdirilməsi mərasimində Səudiyyə Ərəbistan və digər ölkələrdən rəsmilər iştirak edirdi. Bu il koronavirusa görə, rəsmi şəxslər iştirak etməyib. 
 
Pərdənin uzunluğu 14 metr, eni isə 10,01 metrdir. Üzərində qızıl butalarla qızılı və gümüşü xətlə Quran ayələri yazılır.
 
Kəbə pərdəsi 5 hissədən ibarətdir və hər bir hissə Kəbənin bir tərəfini örtür. Beşinci hissə isə Kəbənin qapısını örtür. Pərdə yerləşdirildikdən sonra ağırlığı 2 ton olur.
 
 Pərdənin hazırlanmasında 670 kiloqram ipək, 120 kiloqram qızıl və 100 ədəd gümüş istifadə olunub. Pərdənin 200 nəfərin iştirakı ilə hazırlanıb.  
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru