Kərbəlada Ərbəin günlərində zəvvarların sıxlınğını aradan qaldırmaq üçün yeni tunellər tikiləcək 16 İyul 2021 10:29 Xəbərlər Kərbəlada Ərbəin günlərində milyonlarla zəvvar arasında sıxlığın aradan qaldırılması məqsədilə yeni tunellər inşa olunacaq Maide.Az İQNA-a istinadla xəbər verir ki, İmam Hüseynin (ə) ziyarətgahında zəvvarların hərəkətini asanlaşdırmaq məqsədi ilə İmam Hüseynin (ə) hərəminin yaxınlığındakı bir sıra küçələrdə bir neçə tunelin inşasına başlanılıb. Artıq birinci tunel, struktur baxımdan tamamlanıb və Əqilə Zeynəb (s.ə) səhni layihəsinin işləri ilə birlikdə tunelin də tikintisi həyata keçirilir. Bu tunel Əl-Şühəda küçəsinin sonundan İmam Hüseynin (ə) Qiblə küçəsinin ortasındakı Əllamə Əhməd bin Fəhd Əl-Hillinin ziyarətgahına qədər uzanır. Bunun ikinci mərhələsi küçənin sonuna qədər uzanan hissədir ki, növbəti Ərbəin səfərin bitməsindən sonra işlərə başlanacaq. Teqlər : #ərbəin,#kərbəla ,#zəvvarlar , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İyulun 27-28-də I və IV qruplar üzrə qəbul imtahanları keçiriləcək Rezidenturaya qəbul üçün 2-ci cəhdin qeydiyyatı başladı