Kərbəla şəhidləri: Aşura karvanının yaşlı qəhrəmanı - Həbib ibn Məzahir 13 Avqust 2021 20:47 Məhərrəmlik Bəni-Əsəd qəbiləsindən olan Həbib ibn Məzahir Peyğəmbərin (s) səhabəsi idi və Peyğəmbərin (s) “besət”indən (peyğəmbərliyə seçilməsindən) bir il öncə dünyaya göz açmışdı. O, İslam Peyğəmbərinin (s) vəfatından sonra İmam Əli (ə) ilə beyət edərək, vilayət xəttində sabitqədəm qaldı və o Həzrətin bütün döyüşlərində fəal iştirak etdi. Həbib Kufədə şücaətli bir insan kimi tanındığı halda, həm də gözəl əxlaq, təqva, səxavət və sədaqət sahibi idi. Onun fiqh, təfsir, qiraət, hədis, ədəbiyyat, münazirə və digər sahələrdəki bilikləri hər zaman başqalarını heyran qoyurdu. O, həm də gələcəkdə baş verəcək hadisələr haqda öncədən xəbər verə bilirdi. Həbib Məhərrəm ayının 7-ci günü Kərbəlada İmam Hüseynin (ə) karvanına qoşuldu və yaşlı olmasına baxmayaraq, Aşura günü qəhrəmancasına döyüşdü və 75 yaşında ikən şəhadətə yetdi. Maide.Az - Maarif bölümü Teqlər : #Kərbəla,#şəhidləri:,#Aşura,#karvanının,#yaşlı,#qəhrəmanı,#Həbib,#ibn,#Məzahir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kərbəla inqilabını fərqləndirən xüsusiyyətlər – 3. İmam Hüseynin (ə) səhabələri Kərbəla inqilabını fərqləndirən xüsusiyyətlər – 4. Aşura qəhrəmanlarının zillətə boyun əyməməsi