Kərbəla inqilabını fərqləndirən xüsusiyyətlər – 4. Aşura qəhrəmanlarının zillətə boyun əyməməsi

Kərbəla inqilabını fərqləndirən xüsusiyyətlər – 4. Aşura qəhrəmanlarının zillətə boyun əyməməsi

İmam Hüseyn (ə) və onunla birlikdə olan dostları fərqli xüsusiyyətlərə malik idilər, amma onların ən üstün xüsusiyyətləri yorulmazlıq və zillətə boyun əyməmək idi. Düşmən onları təslim olmağa, Yezidin xilafətinin təsdiqi üçün, hətta bir söz söyləmələrinə məcbur etsə də, buna nail olmadı. Onlar düşməni peşmançılıq və ya zəiflik bildirən bir söz eşitməyə həsrət qoydular.

"Heyhat minnəz-zillət – Zillət bizdən uzaqdır!" kimi şüarlar, eyni zamanda, "Vəllahi la ətikum biyədi itaəz-zəlili və əfirru fərarəl-əbidi – Allaha and olsun, nə sizə zillət əli uzadar, nə də qullar kimi sizdən qaçaram!" kimi yadigar qalan sözlər həmişəlik olaraq tarixin səhifələrində və yüksəkliklərində parlayır

İbn Əbilhədid Mötəzili öz kitabında "Nəhcül-bəlağə"nin 51-ci xütbəsinin şərhi ilə bağlı – Əbatuz-zəymi və əxbaruhum – “Zülmü qəbul etməyənlərin macərası” adlı bir bəhs açaraq İslam tarixində zülmə baş əyməyənlərdən bəzilərinin adlarını çəkir. O, bu bəhsin başlanğıcında belə yazır:

سید اهل الأباء الذی علم الناس الحمیّة والموت تحت ظلال السیوف اختیارا له علی الدنیة أبو عبد الله الحسين بن علي بن أبي طالب عليهما السلام، عرض عليه الأمان وأصحابه، فأنف من الذل

“Aləmdə zülmü qəbul etməyənlərin rəhbəri, xarlıq əvəzində qılıncların kölgəsində ölümü seçən və qeyrət dərsi verən kəs Hüseyn ibn Əli (ə) olmuşdur. Ona və tərəfdarlarına aman verəcəklərini təklif etdilər, amma onlar zillətə boyun əymədilər”. ("Nəhcül-bəlağənin şərhi", İbn Əbilhədid, c.3, səh.249.)

Təkcə İmam Hüseyn (ə) deyil, həm də, hicri 61-ci ilin Aşurasında onunla birlikdə öldürülən bütün tərəfdarları şərəf zirvəsinə çataraq, mübarizliklə şəhadət şərbətini içdilər. Şimrin göndərdiyi əfv fərmanı və amannamənin Həzrət Əbülfəzl-Abbas (ə) tərəfindən rədd edilməsi bu həqiqətin bir nümunəsidir. ("İrşad", Şeyx Müfid, səh. 440.)

Düşmən onların bədənlərini tikə-tikə edərək bədən üzvlərini kəsdi, lakin onların izzət, başıucalıq və ruh böyüklüyündən bir şey azalda bilmədi. O ərəb şairi bu həqiqəti necə də gözəl təsvir etmişdir:

قَدْ غَيَّرَ الطَّعْنُ مِنْهُمْ كُلَّ جارِحَة

إِلاَّ الْمَكارِمَ فِي أَمْن مِنَ الْغِيَرِ

"(Nizə və qılınc) zərbələri onların bütün bədənlərini dəyişdirdi, lakin onların əzəmət və ruh böyüklüyündən əsla bir şey dəyişə bilmədi." ("Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi", Ayətullah Məkarim Şirazi, səh.17-20.)

Maide.az

Google+ WhatsApp ok.ru