Kərbəla şəhidləri: Kərbəlanın ətirli şəhidi – Covn 15 Avqust 2021 00:34 Məhərrəmlik Covn qaradərili bir qualm idi. İmam Əli (ə) onu yüz əlli dinara alıb, Əbuzər Qifariyə bağışlamışdı. Əbuzər Qifari Osman tərəfindən Rəbəzəyə sürgün edildikdə, Covn da onunla birgə getmişdi. Əbuzər şəhadətə yetdikdən sonra, Covn Mədinəyə qayıdıb Əhli-beytə (ə) xidmətçi oldu. İmam Hüseyn (ə) onu azad etsə də, o, belə demişdi: “Bilirəm ki, dərim qaradır, bədənimdən də pis qoxu gəlir. Elə isə, məni Cənnətlə mügdələ ki, rəngim ağarsın, bədənim ətirlənsin. Allaha and olsun ki, qanım qanınıza qarışmayınca sizdən ayrılmayacağam!” Covn Aşura günü şəhadətə yetənə qədər döyüşdü. İmam Hüseyn (ə) onun başı üstə gəlib, onun haqqında belə dua etdi: “İlahi! Onun üzünü ağart və bədənini ətirləndir. Onu yaxşı insanlarla məhşur et, (Cənnətdə) Muhəmməd və ali-Muhəmmədlə tanış et.” İmam Səccaddan (ə) nəql olunur ki, Kərbəla şəhidlərini dəfn etməyə gələnlər Covnun bədənini bir neçə gündən sonra tapsalar da, bədənindən xoş ətir iyi qalxırdı. Teqlər : #Kərbəla,#şəhidləri:,#Kərbəlanın,#ətirli,#şəhidi,#–,#Covn, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kərbəla inqilabını fərqləndirən xüsusiyyətlər – 4. Aşura qəhrəmanlarının zillətə boyun əyməməsi Məhərrəm ayının 6-cı günü Kərbəlada baş vermiş hadisələr