Kərbəla caniləri - Yezid ibn Müaviyə

Kərbəla caniləri - Yezid ibn Müaviyə

 
Kərbəla faciəsinin yaranmasında əsas rol oynayan ilk şəxsin Yezid ibn Müaviyə olduğu danılmaz bir həqiqətdir.
 
O, Əməvilər soyunun Süfyanilər qoluna mənsubdur və 25-ci, yaxud 26-cı hicri-qəməri ilində (miladi 645-546-ci il) doğulmuş, 64-cü h.q. ilinin Rəbiul-əvvəl ayının 14-ü ölmüş, Dəməşq şəhərinin Həvarin kəndində dəfn edilmişdir. Anası Bəni-Kəlb qəbiləsindən Bəcdəlin qızı Meysun olub.
 
Tarixi mənbələrdə Yezidi şərab düşkünü, fasid, günah əhli, dini qayda-qanunlara laqeyd, xeyirxah insanların malı və canına təcavüz edən, İslam və Quran təlim-tərbiyəsindən tamamilə uzaq biri kimi tanıtdırılır.
 
Yezid atası Müaviyənin təyini ilə, camaatın heç bir müdaxiləsi, nəzəri və məsləhəti olmadan hakimiyyətə çatdı. 
 
Yezid, təqribən, 3 il neçə ay xəlifəliyi dönəmində üç böyük cinayətə imza atdı: 1. Aşura faciəsini törətdi; 2. İki il sonra – 63-cü hicri-qəməri ilində Hirrə faciəsini törətdi, Peyğəmbərin (s) məscidinə hörmətsizlik və Mədinə əhalisini qətliam etdi; 3. Hakimiyyətinin 3-cü ili Allahın evində qanlar tökdü və Kəbə evinə od vurdu.
 
Maide.Az - Maarif bölümü 
 

Google+ WhatsApp ok.ru