Kərbəla şəhidləri - Cəfər ibn Əqil

Kərbəla şəhidləri - Cəfər ibn Əqil

O, Müslim ibn Əqilin qardaşı, anasının adı isə Həvsadır. Həzrət Müslimin oğlu Abdullahın şəhadətindən sonra, o, Bəni-Haşim və Əbutalib övladlarından bir neçə nəfər toplu şəkildə Kufə qoşununa hücum etdi.
 
İmam Hüseyn (ə) onların qartal kimi düşmənə həmləsini müşahidə etdiyi halda buyurdu: “Ey mənim əmim oğulları, səbirli olun! Ey mənim əhli-beytim, dözümlü olun! Bu gündən sonra heç zaman zillət və xarlıq görməyəcəksiniz!”
 
Bu əsnada Cəfər ibn Əqil deyirdi:
 
أَنَا الْغُلامُ الْأَبْطَحِيُّ الطَّالِبِيّ‌     مِنْ مَعْشَرٍ فِي هاشِمٍ وَغالِبٍ‌
وَنَحْنُ حَقّاً سادَةُ الذَّوائِب‌     هذا حُسَيْنٌ أطْيَبُ الْأَطائِب‌
 
“Mən Məkkədəki Əbtəh ərazisindən, Əbutalibin nəslindən, Haşim qəbiləsindən və qalib bir gəncəm. Həqiqətən, biz böyük şəxslərdən və seyidlərdənik. Bu, pak olan kəslərin ağası Hüseyndir (ə)!“
 
Sonra o, Buşr ibn Xovt Həmdaninin əli ilə şəhadətə yetdi.
 
Maide.Az - Maarif bölümü 

 

Google+ WhatsApp ok.ru