Kərbəla caniləri -  Übeydullah ibn Ziyad

Kərbəla caniləri - Übeydullah ibn Ziyad

Kərbəla faciəsinin yaranmasında əsas rol oynayan şəxslərdən biri də Übeydullah ibn Ziyaddır (33-67 h.q.).
 
Adı Übeydullah, künyəsi Əbu Həfs və yaxud Əbu Əhmər, atasının adı isə Ziyaddır. Ziyad isə Übeyd Şəbanın zövcəsi Süməyyədən doğulsa da, atası naməlumdur.
 
Übeydullahın anası Mərcanə İran əsirlərindən idi. Mərcanə zinakarlıqda məşhur olduğundan, Übeydullah anasına nisbət verilirdi. İmam Hüseyn (ə) “Aşura” günü söhbətlərinin birində belə buyurmuşdur: “Agah olun! Haramzadə (Ziyad) oğlu haramzadə (Übeydullah), məni iki məsələ – zillətlə yaşamaqla şəhadət arasında çərasiz qoymuşdur. Zillət isə məndən uzaqdır.”
 
Übeydullah ibn Ziyad 60-cı h.q. ilində Kufəyə vali təyin edildi və Kərbəla faciəsindən əlavə, digər faciəli cinayətlərə də əl atdı. Buna Peyğəmbəri-Əkrəmin (s) yaxın qohumlarından olan Müslim ibn Əqili qəddarcasına qətlə yetirdiyi, Hani ibn Ürvə, Meysəm Təmmar, Rüşeyd Hücri, Əbdüləla Kəlbi, Qeys ibn Müsəər, Abdullah Yəqtər, Əmmarə ibn Səlxəb Əzdi və bu kimi təqvalı səhabə və tabeini edam etdiyi, eləcə də, Kufə, Bəsrə və Xorasanda Əhli-beytin (ə) tərəfdarlarından bir qrup şəxsləri zindana atıb işgəncə verdiyini misal göstərmək olar.
 
Maide.Az - Maarif bölümü 
 

Google+ WhatsApp ok.ru