Kərbəla şəhidləri - Büreyr ibn Xüzeyr Həmdani

Kərbəla şəhidləri - Büreyr ibn Xüzeyr Həmdani

O, Həmdan qəbiləsinin Mişrəf qolunun böyüklərindən idi. Kufədə yaşayırdı, abid, zahid, İmam Əlinin (ə) səhabəsi, Kufənin tanınmış Quran qarisi idi və Kufə məscidində Quran tədrisi ilə məşğul olurdu.
 
O, İmam Hüseynin (ə) Yezidə beyətdən boyun qaçırıb, Məkkəyə hicrət etdiyini eşitdikdə, Kufədən yola düşüb Məkkədə İmam Hüseynə (ə) qoşuldu. 
 
Büreyr Aşura günü döyüş zamanı bu rəcəzi oxuyurdu:
 
أَنَا بُرَيرٌ وَأَبي خُضَيْرٌ                     لَيْسَ يَرُوعُ الاُسْدَ عِنْدَ الزَأرِ
يَعْرِفُ فينَا الخَيْرَ اَهْلُ الْخَيْرِ             أضْرِبُكُم وَلا أرى مِنْ ضَرٍّ
                  وَذاكَ فِعْلُ الحُرِّ مِن بُرَيْرِ
“Mən Büreyrəm, Xüzeyrin oğluyam. Şirin nərəsindən qorxmuram. Yaxşı insanlar bizi xeyrixahlıqla yad edirlər. Mən sizə qılınc zərbələri endirəcəyəm və bu işdən zərər görməyəcəyəm. Büreyrdən baş verən bu iş azad insanların işidir.”
 
Döyüş əsnasında Büreyr, Rəzi ibn Münqəz Əbdini yerə yıxdıqda, Rəzi dostlarını köməyə çağırdı. Kəb Əsədi onun köməyinə gəldi. Düşmən əsgərlərindən olan Əfif ibn Züheyr fəryad edərək dedi: “Bu, Büreyrdir ki, Kufə məscidində bizə Quran öyrədirdi.” Əfif demək istəyirdi ki, o, bizim ustadımızdır, bəlkə onu öldürməyəsiniz! Amma Kəb onun sözünə məhəl qoymadı, Büreyri şəhadətə yetirdi. Büreyr altmış yaşında ikən şəhadətə yetdi.
 
Maide.Az - Maarif bölümü 
 

Google+ WhatsApp ok.ru