Kərbəla şəhidləri - Əmr ibn Cünadə

Kərbəla şəhidləri - Əmr ibn Cünadə

 
On bir yaşlı Əmr atası Cünadə və anası Bəhriyyə ilə birlikdə Məkkədə İmam Hüseynə qoşulmuş və Aşura günü atası şəhadətə yetdikdən sonra, İmamın hüzuruna gedib, döyüşə getmək üçün icazə istədi. İmam Hüseyn (ə) ona icazə verməyib buyurdu: “Bu yeniyetmənin atası ilk hücumda şəhadətə yetdi. Bəlkə, anası onun döyüşə getməsinə razı deyil!” Əmr dedi: “Elə məni döyüşə getməyə əmr edən anamdır.”
 
Əmr şəhadətə yetdikdən sonra, başını bədənindən ayırıb, İmamın qoşununa tərəf atdılar. Əmrin anası Bəhriyyə oğlunun başını götürüb öpdü və dedi: “Salam olsun sənə, ey gözümün nuru, qəlbimi sevindirdin!” Sonra xeymənin sütunundan yapışıb düşmən ordusuna hücum etdikdə, İmam (ə) onu geri qaytardı. Həmin vaxt Əmrin anası bu beyti oxuyurdu:
 
اَنَا عَجُوزٌ فِی النِّساءِ ضَعیفَهٌ          خَاوِیَهٌ بالِیهٌ نَحیفَهٌ
اَضْرِبُکُمْ بِضَرْبَه عَنیفَه          دُونَ بَنِی فَاطِمَهَ الشَّریفَه
 
“Mən qadınlar içərisində qoca, zəif, gücsüz və arıq olsam da, lakin əziz Fatimənin övladlarını himayə etməkdə sizə viranedici zərbələr endirərəm.”
 
Maide.Az - Maarif bölümü 
 

Google+ WhatsApp ok.ru