Kabildə terror: 30 ölü, onlarla yaralı var - FOTO /YENİLƏNİB

Kabildə terror: 30 ölü, onlarla yaralı var - FOTO /YENİLƏNİB

-- Partlayış `Avapress” xəbər agentliyinin və Tebryan Mədəniyyət Mərkəzinin binasında baş verib

(ilk xəbər 10:41-də dərc olunub,  təfərrüatlar əlavə olunub) 
 
Əfqanıstanda  “Avapress” xəbər agentliyinin  və Tebryan Mədəniyyət Mərkəzinin binasında kamikadze özünü partladıb
 
Maide.Az “avapress”- xəbər saytına istinadən  məluamt verir ki, bu gün səhər Əfqanıstanın Kabil şəhərində 2 kamikadze “Avapress” xəbər agentliyinin və Tebyan Mədəniyyə Mərkəzinin binasına soxulub və  özünü partladıb.
 
 İlk intiharçı yerli vaxtla saat 9:50-də, bir neçə dəqiqə sonra ikinci intiharçı  özünü partlatdıb.
 
Məlumata görə, ölənlərin sayı 30 nəfərdən çoxdur.  Hadisə nəticəsində 40-dan çox yaralı var.
 
Partlayışlar baş verdiyi zaman avapresin mətbuat konfransında  elmi seminar keçirilirmiş. Ölənlərin əksəriyyəti həmin seminarın iştirakçılarıdır və tələbələrdir.
 
Avapress agentliyi Əhli-beyt (ə) məktəbinin davamçıları tərəfindən idarə olunur.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru