Kamerunda 15 hərbiçi öldürülüb 21 Sentyabr 2021 13:29 Xəbərlər Kamerunun şimal -qərbində separatçıların hərbi karvana hücumu nəticəsində 15 əsgər və bir neçə mülki şəxs öldürülüb. Maide.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə Kamerun Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, hücum nəticəsində hərbiçilərin 3 avtomobili sıradan çıxıb. Qeyd edək ki, Kamerunun şimal-qərb və cənub-qərb bölgələrində yaşayanlar ingilis dilində danışan Kamerunlulardır. 2016-cı ildən bu bölgələrdə separatçılar və ordu qüvvələri arasında qarşıdurmalar baş verir. Bu qarşıdurmalra nəticəsində yüz minlərlə insan evlərindn didərgin düşüb. Teqlər : #Kamerunda,#hərbiçi,#öldürülüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İraq hökuməti Ərbəin mərasiminin təhlükəsizliyi üçün 30 minlik qüvvəni işə cəlb edib Aİ ABŞ-la münasibətlərə yenidən baxılmasını təklif edib