Kanadada etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq olunub

Kanadada etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq olunub

Kanadanın Monreal şəhərində polis zorakılığı və irqçilik əleyhinə etiraz aksiyası keçirilib.
 
Maide.Az xəbər verir ki, aksiyaya minlərlə şəxs qoşulub.
 
Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etməli olub. Qeyd olunur ki, bu addım bəzi etirazçıların polisə daş və digər əşyalar atmasından sonra tətbiq edilib.
 
Etirazlar nəticəsində 1 nəfər hüquq-mühafizə əməkdaşlarına hədə-qorxu gəldiyi üçün saxlanılıb.
 

Google+ WhatsApp ok.ru