Kanada da İrana qarşı sanksiyaların ləğvinə hazırlaşır

Maide.az xəbər verir ki, ABŞ və Avropa Birliyinin ardınca Kanada hökuməti də İrana qarşı tətbiq olunan sanksiyaları ləğv etmək barədə fikir səsləndirib. Sanksiyaların ləğvinin cari ilin yayında aradan qaldırılacağı deyilir.
 
Xatırladaq ki, ABŞ, Avropa İttifaqı və BMT tərəfindən rəsmi Tehrana qarşı tətbiq edilən sanksiyalar yanvarın 16-dan,  Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın saziş üzrə bütün tələbləri yerinə yetirməsi barədə hesabatın dərc olunduğu gündən ləğv edilib.  

Google+ WhatsApp ok.ru