Karantin rejimini pozanlar daha böyük məbləğdə cərimə ediləcək

Karantin rejimini pozanlar daha böyük məbləğdə cərimə ediləcək

Azərbaycanda karantin rejimini pozanlar daha böyük məbləğdə cərimə ediləcək. 
 
Bununla bağlı məsələ Milli Məclisin dekabrın 18-də keçiriləcək iclasında müzakirə ediləcək İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
 
Dəyişiklikdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslərin 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilməsi, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs olunması, hüquqi şəxslərin 5 min manatdan 11 min manatadək məbləğdə cərimə edilməsi təklif edilir.
 
Hazırda isə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadəkmüddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilir.

Google+ WhatsApp ok.ru