Kazimeyn İmam Cavadın (ə) şəhadət ildönümü mərasimlərinə hazırlaşır

Kazimeyn İmam Cavadın (ə) şəhadət ildönümü mərasimlərinə hazırlaşır

İmam Məhəmməd Təqinin (ə) şəhadətinin ildönümü ərəfəsində Müqəddəs Kazimeyn hərəminin təhlükəsizliyinin təmini məqsədi ilə Bağdadda görüş keçirilib.
 
Maide.Az xəbər verir ki, görüşdə əzadarlıq mərasimlərinin məsul şəxsləri, zəvvarlara xidmət göstərən müəssisə rəhbərləri və təhlükəsizlik qüvvələrinin rəsmiləri iştirak edib. 
 
Görüşdə İmam Cavadın (ə) şəhadəti ildönümündə mərasimlərin keçirilməsi üçün təhlükəsizlik tədbirləri və kordinasiya işləri haqqında müzakirələr aparılıb. Hər il İmam Cavadın (ə) şəhadət günü minlərlə zəvvar İraqın daxilindən və ölkədən kənardan Kazimeynə səfər edir və əzadarlıq mərasimləri təşkil edilir. 
 
İmam Cavad (ə) təqribən 25 yaşında 220-ci hicri ilində Zilqədənin son günü şəhid olub. /

Google+ WhatsApp ok.ru