Kembric universiteti `Avropada İslam` mövzusunda məqalə yazmağa dəvət etdi

Kembric universiteti `Avropada İslam` mövzusunda məqalə yazmağa dəvət etdi

İngiltərənin Kembric universiteti bir ümumi çağırışda dini sahədə tədqiqatçıları "Avropada İslam" mövzusunda məqalə yazmağa və təlim dərnəyində işritak etməyə dəvət etdi.
 
Maide.İnfo xəbər verir ki, İngiltərənin Kembric universiteti bir ümumi çağırışda dini sahədə tədqiqatçıları "Avropada İslam", "dinilik, ya sekularizm" və "Avropada İslama yenidən baxış mövzusunda məqalə yazmağa və təlim dərnəyində işritak etməyə dəvət etdi.
 
Cari ilin qış aylarında (30 Noyabr və 1 Dekabr) keçiriləcək bu beynəlxalq təlim dərnəyi Avropda, xüsusilə də İngiltərə və Almaniyada İslami araşdırmalar və İslam dini barədə sualların öyrənilməsi, dəyərləndirilməsi və cavablandırılması üçün bir fürsət yaradacaqdır.
 
"Avropada İslam" beynəlxalq təlim dərnəyi və İslami araşdırma aşağıdakı əsas hədəfləri izləyəcəkdir:
 
Avropda İslami araşdırmalar üçün münasib atmosferin və məkanın kəşfi
Elmi araşdırmaların bir yerə toplanması
Müxtəlif məkan və fəzada İslami tanıma metodlarının müqayisəsi və dəyərləndirilməsi
İslami araşdırmaçıların tədqiqat metodları ilə tanışlıq və bu metodların dəyərləndirilməsi
İslami araşdırmaçıların dini məkanlar, tayfaların tanınması, tarix, dialoq, məkana aid olan məsələlərin dəyərləndirilməsi və dəyişkənliyi barədə istifadə etdiyi medotlarla tanışlıq
Müxtəlif məkanlara aid olan dini, mədəi və milli məsələlərin və dəyişkənliyinin dəyərləndirilməsi və təhlili. (iqna) /

Google+ WhatsApp ok.ru