Keçmiş Mossad rəhbəri: 'Qadın geyimində gizli olaraq ərəb liderləri ilə görüşürdük'

Keçmiş Mossad rəhbəri: 'Qadın geyimində gizli olaraq ərəb liderləri ilə görüşürdük'

İsrail rejimi kəşfiyyat orqanı Mossadın keçmiş rəhbəri Benyamin Netyahunun Səudiyyə vəliəhdi ilə görüşməsinə cavab olaraq, oxşar görüşlərin əvvəllər də keçirildiyini açıqlayıb. 

Dünən İsrail rejimi Baş naziri Benyamin Netanyahunun vəliəhd Məhəmməd ibn Salman və ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşmək üçün gizli şəkildə Səudiyyə Ərəbistanına getdiyi açıqlanıb.   

Məsələyə münasibət bildirən keçmiş Mossad rəhbəri Danni Yatom İsrailin bir çox keçmiş baş nazirlərinin də bunu etdiklərini söyləyib.   

O, İsrail radiosuna bildirib ki, görüşlər əsasən gecə saatlarında və medianın, kameraların gözündən kənarda keçirilib.   

Yatom İsrail rejimi liderlərinin də bu görüşlər üçün qadın geyimləri geyindiklərini etiraf edib.  /eastnews.org/

Google+ WhatsApp ok.ru