Koronavirus telefonlarda və əskinaslarda 1 aya qədər qala bilir - Alimlər 12 Oktyabr 2020 09:38 Sağlamlıq Avstraliyanın Xəstəliklərlə Mübarizəyə Hazırlıq Mərkəzinin alimləri koronavirusun smartfonlarda və əskinaslarda nə qədər qala biləcəyini müəyyənləşdiriblər. Maide.Az "moderator.az"a istinadla xəbər verir ki, tədqiqatın nəticələri “Virology Journal”da dərc edilib. Tədqiqat göstərib ki, virusun otaq şəraitində "yaşamaq qabiliyyəti" bir ay ərzində mövcud olur. Mütəxəssislər virusun qaldığı yerlər olaraq şüşə və banknotlar kimi məsaməsiz səthləri, həmçinin "paslanmayan" predmetləri müəyyənləşdiriblər. Virus bu predmetlərin səthində 20 dərəcə temperaturda 28 gün qala bilər. SARS-CoV-2 30 dərəcədə üç həftə yaşayır, amma 40 dərəcədə bir neçə gün ərzində məhv olur. Alimlərin fikrincə, smartfonlar bu məsələdə daha təhlükəlidir, çünki insanlar onları əllərindən əhəmiyyətli dərəcədə dezinfeksiya edirlər. Dünyada koronavirusa yoluxanların sayı 37 milyonu ötüb, 1 milyondan çox insan təhlükəli infeksiyanın qurbanı olub. Teqlər : #Koronavirus,#telefonlarda,#və,#əskinaslarda,#aya,#qədər,#qala,#bilir,#Alimlər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ən təhlükəli qan qrupu hansıdır? Qara zirə xolesterin, şəkər və digər çoxsaylı xəstəliklərdən qoruyur
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir