Koronavirusun yoluxma müddəti açıqlandı

Koronavirusun yoluxma müddəti açıqlandı

"Nature Medicine" jurnalında dərc olunan Guangzhou və Honq Konq universitetlərindən olan epidemioloqların araşdırmalarına görə, koronavirus infeksiyası hallarının 44 faizi, daşıyıcılar xəstəliyin əlamətlərini yaşamamışdan əvvəl baş verir.
 
Maide.Az xəbər verir ki, alimlərin nəticələri "Kovid-19"-un erkən mərhələdə aşkarlandığı 94 xəstənin analiz nəticələrinə əsaslanır.
 
Tədqiqatçılar, insan bədənindəki viral hissəciklərin ən çox sayının infeksiyanın ilk günlərində yarandığını və bir daşıyıcı olaraq təhlükəsinin simptomların başlanmasından 0.7 gün əvvəl ən yüksək həddə çatdığını tapıblar.
 
Alimlər tədqiqat nəticələrindən "Kovid-19" yayılmasının qarşısını almaq üçün tətbiq olunan tədbirlərdə istifadə edilə biləcəyini qeyd etdilər.

Google+ WhatsApp ok.ru