Kosovada kənd məscidi yandırıldı

Kosovada kənd məscidi yandırıldı

Kosovanın Drenas bölgəsindəki Vërboc kəndində məscid iki gün əvvəl yandırıldı. Drenas Bələdiyyə başçısı Ramiz Lladrovci yanğın aktını pisləyib.

 
Maide.Az xəbğr verir ki, bu barədə "Kosovohaber" məlumat yayıb.
 
Hadisənin aydınlaşdırılması üçün müvafiq qurumlardan tədbir görməsini xahiş edən Drenas Bələdiyyə başçısı, “Bu qlobal epidemiya zamanı və müqəddəs Ramazan ayı ərəfəsində Drenasın ən qədim məscidlərindən birinə qəsdən ziyan vurmaqdır. Drenasın dini dözümlülüyünə ciddi zərər verən zərərli və cinayətkar bir hərəkətdir. Buna görə də ictimai asayişin mühafizəsini həyata keçirən orqanlarından hadisənin mümkün qədər tez aydınlaşdırılması üçün bütün tədbirlərin görülməsini xahiş edirik", - deyə bildirib.
 
Polisdən verilən açıqlamada hadisənin araşadırıldığı bildirilib.

Google+ WhatsApp ok.ru