Kürdəmirdə magistral su kəmərində qəza baş verib

Kürdəmirdə magistral su kəmərində qəza baş verib

Kürdəmir şəhərinə və bəzi kəndlərə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
 
“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Külüllü-Kürdəmir magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Kürdəmir şəhərinə, eləcə də kəmərin marşrutu boyu yerləşən kəndlərə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
 
Qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
 

Google+ WhatsApp ok.ru