KİV: Si Szinpin Cozef Baydenin təkbətək görüş təklifindən imtina edib

KİV: Si Szinpin Cozef Baydenin təkbətək görüş təklifindən imtina edib

ABŞ prezidenti Cozef Bayden, keçən həftə Çin prezidenti Si Tzinpin ilə telefon danışığı zamanı çinli həmkarını ilk dəfə üz-üzə görüşməyi təklif etsə də rədd cavabı alıb.
 
Bu barədə "Financial Times" məlumat yayıb.
 
Qəzetin məlumatına görə, iki lider arasındakı söhbətin məzmunundan xəbərdar olan Si Tzinpin Baydenin təklifini qəbul etməyib.
 
Bunun əvəzində o Vaşinqtonun Pekinə qarşı daha yumşaq mövqeyə keçməsində israr edib.
 
Qəzetin həmsöhbətlərindən birinin verdiyi məlumata görə, Çin liderinin Baydenin təklifini rədd etməsi qismən COVID-19-un yayılması ilə bağlı narahatlıqlardan qaynaqlanır. / reprt/ 
 
 

 

Google+ WhatsApp ok.ru