`La ilahə illəllah` bütün hakimiyyətlərin inkarıdır!

İnsanı özünə qul və müti etmiş hər bir şəxs və hər bir şey onun tanrısıdır. Heyvani həvəs və meyllər, bəşəri ehtiraslar və tamahkarlıqlar, ictimai sistemlər, müqavilələr, onların müəllifləri və başçıları - bunların hər biri insanı bir növ xidmətə vadar və hər biri ona bir növ tanrılıq edirlər.
"La ilahə illəllah" sözü bütün bu hakimiyyətlərin inkarı və təşəhhüd namaz qılanın bu inkara şəhadət verməsidir. Yəni namaz qılan qəbul edir və öhdəlik götürür ki, ona hakimiyyət və tanrılıq haqqı olan yalnız yeganə Allahdır və onların heç birinin onun üzərində heç bir hökmranlıq hüququ yoxdur.
Bunu qəbul edən şəxsin özünün də heç bir başqa varlığı – insanı, heyvanı, mələyi, cismi, öz nəfsini və ehtiraslarını tanrı kimi qəbul etməyə, onun itaətinə və bəndəliyinə razılaşmağa haqqı ola bilməz. Bu sözün mənası o deyil ki, təkallahlı insan heç vaxt ictimai öhdəlik götürmür, heç bir qanunu, yaxud hakimi qəbul etmir. Çox aydındır ki, insanın mahiyyətinə əsasən, ictimai yaşayış üçün öhdəliklər mütləq lazımdır. Mənası budur ki, Allahın fərmanından qaynaqlanmayan heç bir hömkranlığı və quruluşu qəbul etmir və ona dözmür. Özünün fərdi və ictimai həyatında Allahın fərmanına qulaq asır. Bəzən Allahın fərmanı ilə və Allahın cəmiyyətin idarəsi üçün təyin etdiyi fərmanın tələbinə uyğun olaraq, kimlərəsə itaət etməsi və öhdəliklərə boyun əyməsi lazım olur. Deməli, itaət və öhdəlik ümumi yaşayışın xarakterinə görə təkallahlı insanın həyatından da ayrılmır. Lakin bu itaət özünün azğın nəfsinin istəklərinə, yaxud onun özü kimi olan insanların təkəbbürlülüyünə və eqoistliyinə itaət deyil, Görən və Hikmətli Allahın iradəsinə və fərmanına itaətdir. Çünki icrası lazım olan qanunları və itaəti vacib lazım olan hakimləri müəyyən edən Odur. Onlar da Onun bəndələrinə yalnız Onun fərmanı çərçivəsində fərman verirlər.
Ali Lider Ayətullah Seyyid Əli Xamenei /
 

Google+ WhatsApp ok.ru