Lavrov: Dağlıq Qarabağda Türkiyə sülhməramlıları olmayacaq 12 Noyabr 2020 15:54 Qarabağ xəbərləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov noyabrın 12-də Rusiya və xarici mediaya müsahibəsində deyib ki, Dağlıq Qarabağda Türkiyə sülhməramlıları yerləşdirilməyəcək. Rusiya Türkiyə ilə monitorinq mərkəzinin qurulmasını razılaşdırıb və bu mərkəz Azərbaycan ərazisində yerləşəcək. "Biz türkiyəli həmkarlarımızla monitorinq mərkəzinin qurulmasını razılaşdırmışıq. Bu mərkəz Azərbaycan ərazisində, münaqişə zonasından kənarda yerləşəcək, texniki imkanlarla həm havada, həm də Dağlıq Qarabağda quruda baş verənləri məsafədən izləmək imkanı verəcək", – o bildirib. Lavrovun sözlərinə görə, Türkiyə ilə ümumi vəzifələri sülhməramlı əməliyyatların getdiyi rayonda vəziyyəti texniki vasitələrlə monitorinq etməkdir. "Əməliyyatı müstəsna olaraq Rusiya Federasiyasının Silahlı Qüvvələrinə məxsus kontingent aparır, burada ikimənalı heç nə yoxdur. Bizim türkiyəli tərəfdaşlarımız bunu gözəl başa düşürlər", – nazir deyib. "Türkiyə Respublikasından Dağlıq Qarabağa heç bir sülhməramlı yollanmayacaq. Bu haqda Azərbaycan, Ermənistan və Rusiya liderlərinin atəşkəs bəyanatında dəqiq bildirilib", – o vurğulayıb. /azadliq.org/ Teqlər : #Lavrov:,#Dağlıq,#Qarabağda,#Türkiyə,#sülhməramlıları,#olmayacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan XİN Kanada Xarici İşlər nazirinə cavab verib Şəhid qanı - VİDEO
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni