Lerik-Kəlvəz yolunda avtonəqliyyat vasitələrinin hərəkəti təmin olunub - FOTO - YENİLƏNİB

Lerik-Kəlvəz yolunda avtonəqliyyat vasitələrinin hərəkəti təmin olunub - FOTO - YENİLƏNİB

Lerik-Kəlvəz yolunun 10-cu km-i qaya parçalarından təmizlənərək avtonəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
 
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında deyilir.
 
Qeyd edək ki, bu gün səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu km-də qaya uçqunu hadisəsi qeydə alınıb. Dərhal hadisə yerinə agentliyin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub. Nəticədə, qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb.
 
10:29
 
Bu gün səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu km-də qaya uçqunu hadisəsi baş verib.
 
Maide.Az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  verilən xəbərə görə, nəticədə qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb.
 
Dərhal hadisə yerinə texnika və canlı qüvvə cəlb olunub. Hazırda yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi və hərəkətin bərpası üçün addımlar atılır.
 

Google+ WhatsApp ok.ru