İlin ən yaxşı futbolçusu məlum oldu - 'The Best'

İlin ən yaxşı futbolçusu məlum oldu - 'The Best'

İlin ən gözəl qolunun müəllifi bəlli oldu

FİFA 2020-ci ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.

Bu ada Almaniya “Bavariya”sının hücumçusu Robert Levandovski sahib çıxıb.
 
Polşalı futbolçu İspaniya “Barselona”sından Lionel Messi və İtaliya “Yuventus”undan Kristiano Ronaldonu üstələyib.
 
Qeyd edək ki, Robert Levandovski karyerasında ilk dəfə “The Best” mükafatını qazanır.
 
Qadın futbolçular arasında da ən yaxşı oyunçunun adına aydınlıq gəlib. Bu ada İngiltərənin “Mançester Siti” klubunun müdafiəçisi Lusi Bronz layiq görülüb. 29 yaşlı oyunçu “Çelsi”dən Pernil Harder və Fransanın “Olimpik” (Lion) klubundan Vendi Renarı qabaqlayıb.
 
2020-ci ilin rəmzi yığması
 
Rəmzi 11-likdə aşağıdakı futbolçular yer alıb:
 
Qapıçı: Alisson Bekker (Braziliya, "Liverpul")  
 
Müdafiəçilər: Trent Aleksander Arnold (İngiltərə, "Liverpul"), Vircil van Deyk (Niderland, "Liverpul"), Serxio Ramos (İspaniya, "Real"), Alfonso Deyvis (Kanada, "Bavariya")
 
Yarımmüdafiəçilər: Cosua Kimmix (Almaniya, "Bavariy"), Kevin de Brüyne (Belçika, "Mançester Siti"), Tyaqo Alkantara (İspaniya, "Liverpul")
 
Hücumçular: Lionel Messi (Argentina, "Barselona", Robert Levandovski (Polşa, "Bavariya"), Kriştiano Ronaldo (Portuqaliya, "Yuventus")
 
İlin ən yaxşı məşqçisi
 
The Best" mükafatının təqdim olunma mərasimində bu ada "Liverpul"un baş məşqçisi Yurhen Kloppun layiq görüldüyü bəyan edilib.
 
Milli komandaların baş məşqçiləri və kapitanları, jurnalistlər, həmçinin azarkeşlər arasında keçirilən səsvermədə birinci olan almaniyalı mütəxəssis Marselo Byelsa (Argentina, “Lids”) və Hans-Diter Fliki (Almaniya, “Bavariya”) qabaqlayıb.
 
Niderlandın qadınlardan ibarət əsas yığmasının baş məşqçisi Sarina Viqman isə qadın namizədlər arasında birinci olub.
 
İlin ən gözəl qolunun müəllifi
 
Püşkaş mükafatına "Tottenhem"in yarımmüdafiəçisi Son Hın-Minlayiq görülüb.
 
Cənubi korekoralı futbolçunun İngiltərə Premyer Liqasında "Bernli"yə vurduğu qol ən yaxşı seçilib.
 
O, digər iki qolun müəllifləri – Giorgian de Arraskaeta (“Çeara” – “Flamenqo” oyunu) və Luis Suaresi (“Barselona” – “Malyorka” oyunu) arxada qoyub.
 
İlin ən yaxşı qapıçısı
 
"The Best" mükafatının təqdim edilməsi mərasimində "Bavariya"nın qolkiperi Manuel Noyerin bu ada layiq görüldüyü bildirilib.
 
Almaniya millisinin üzvü "Liverpul"dan Alisson Beker və "Atletiko"dan Yan Oblakı qabaqlayıb.
 
Fransa "Lion"unun qolkiperi Sara Buaddi isə ən yaxşı qadın qapıçı seçilib. /qol.az /

Google+ WhatsApp ok.ru