İlin sonunda Somalinin aclıq çəkən uşaqlarının sayı 1,4 milyona çatacaq

İlin sonunda Somalinin aclıq çəkən uşaqlarının sayı 1,4 milyona çatacaq

Bu barədə BMT-nin Uşaq Fondunun (UNİCEF) təqdim etdiyi məlumatlarda deyilir.
 
Bu məlumatlara əsasən 2017-ci ilin sonunda Somalinin aclıq çəkən uşaqlarının sayı təxminən 50 faiz artaraq 1,4 milyon nəfərə çatacaq.
 
Təşkilatın hesablamalarına əsasən, təxminən 275 min uşaq həyatları üçün təhlükə yarada biləcək şiddətli ağır ərzaq çatışmazlığından əzab çəkəcək. Qeyd olunur ki, doymamaqdan əziyyət çəkən uşaqlar müxtəlif xəstəliklərə doqquz dəfə çox məruz qalırlar.
 
"Quraqlıq, xəstəliklər və əhalinin uşaqlar üçün ölümcül yerdəyişməsinin vəhdəti - biz onların həyatını xilas etmək üçün daha çox və mümkün qədər tez etməliyik", - deyə UNICEF-in Somalidəki nümayəndəsi Stiven Louveryer bildirib.
 
UNICEF-in məlumatlarına əsasən quraqlıq həmçinin ehtiyaclı ailələrin təxminən 40 mindən artıq uşağının su və qida axtarışı ilə əlaqədar dərslərinə gedə bilməməsinə səbəb olub. (islaminsesi) /

Google+ WhatsApp ok.ru