Livan Hizbullahı baş katibinin açıqlaması sionistləri təşvişə salıb

Livan Hizbullahı baş katibinin açıqlaması sionistləri təşvişə salıb

Livan Hizbullahı baş katibi Seyid Həsən Nəsrullah yəhudilərdən işğal olunmuş əraziləri tərk edərək özlərini xilas etmələrini istəyib. 
 
Maide.Az xəbər verir ki, Livan Hizbullahının  baş katibi Seyid Həsən Nəsrullahın bu sözləri sionist rejim Kütləvi İnformasiya Vasitələrində çoxlu reaksiyalara səbəb olub. 
 
Seyid Həsən Nəsrullah bu açıqlamasında demişdi ki, müsəlmanlar və müqavimətin Yəhud dini ardıcılları ilə müharibəsi yoxdur. Amma sionistlər sonu necə bitəcək müharibəni başlatdıqlarını və hansı əraziləri öz caynağına alacağını bilmirlər. Seyid Həsən Nəsrullah həmçinin deyib ki, Netanyahu bir müharibəni başladarsa, işğal olunmuş Fələstində təhlükəsiz məkan olmaycaqdır.
 
Seyid Həsən Nəsrullah Aşura günü çıxışında Netanyahu və ABŞ-ın hazırkı prezidenti Trampın bölgəni gələcək çevrəsini proqnoz edə bilmədikləri yeni müharibəyə doğru sürüklədiyinə toxunaraq yəhudilərdən öz hesablarını sionistlərdən ayırmağa çağırıb.
 
Livan Hizbullahı baş katibi Seyid Həsən Nəsrullah deyib: İlk öncə sionistlər istisna olmaqla bütün yəhudilərdən istəyirəm ki, hesablarını özlərini mütləq məhvə sürükləyən sionistlərin hesablarından ayırsınlar. İşğal olunmuş Fələstinin bal-qaymaq olması ümidi ilə bu ərazilərə gələn bütün şəxslərdən onu tərk etmələrini və gəldikləri ölkələrə qayıtmalarını istəyirəm. Belə ki, Netanyahunun axmaq hökumətinin alovlandırdığı müharibənin odunu olmasınlar.
 
Çünki Netanyahu bu bölgədə müharibə yaradarsa, bəlkə də onların işğal olunmuş Fələstini tərk etmək fürsəti olmasın və işğal olunmuş Fələstində onlar üçün heç bir təhlükəsiz məkan qalmasın. 
 
Livan Hizbullahının baş katibi işğal olunmuş Fələstin ərazilərində məskunlaşdırılan yəhudilərə xitabən deyib: Özünüzə  heç bir təkəbbürlü və axmaq rəhbərinizə bəlkə də, hər bir şeyin və bu rejimin sonu olacaq macəralara daxil etmək icazəsi verməyin.(irib)
 
 

Google+ WhatsApp ok.ru