Livan prezidenti: 'İsrail rejimi gərginliyi artırır'

Livan prezidenti: 'İsrail rejimi gərginliyi artırır'

Livanın prezidenti Mişel Aun Livana hava zərbələri endirən İsrail rejiminin gərginliyi artırdığını və hücumların dayandırılması üçün BMT-yə müraciət edilməsinin qaçılmaz olduğunu bildirib.  

 
Maide.Az "Deyerler.org"a istinadla xəbər verir ki, Livan Prezident Adminstrasiyasından verilən yazılı bəyanata görə, Mişel Aun İsrail rejiminin 2006-cı ildən (33 günlük müharibə) bəri ilk dəfə Livanın cənubundakı kəndləri hava zərbələri ilə hədəfə aldığını qeyd edib.  
 
Bunun Livana və suverenliyinə davam edən təhdidlərə uyğun olaraq gərginliyi artırmaq üçün düşmənçilik niyyətlərini ifadə etdiyini iddia edən Aun, İsrail rejiminin qarşısını almaq və Livana davam edən hücumlarını dayandırmaq üçün BMT-yə şikayət etmək addımının qaçılmaz olduğunu vurğulayıb.  
 
Sözügedən hücumların Livanın cənubundakı təhlükəsizlik və sabitliyi birbaşa təhdid etdiyini söyləyən prezident, baş verənlərin eyni zamanda BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin açıq şəkildə pozulması sayıldığını qeyd edib.  
 
Qeyd edək ki, İsrail rejiminin ordusu 4 avqustda Livandan işğal altındakı Fələstin torpaqlarının şimalına 3 raket atıldığını bildirmiş, bunlardan ikisi İsrail rejiminin boş ərazilərinə, digəri isə Livan ərazisinə düşmüşdü.  
 
Buna cavab olaraq Livan tərəfini top atəşinə tutan sionist ordusu, sübh Livanın cənubundakı kənd ərazilərinə hava zərbələri də endirmişdi.  
 
BMT-nin Livan üzrə Müvəqqəti Missiya Qüvvələri (UNIFIL) Livandan İsrail rejiminə raket atılmasından və Tel-Əvivin cavabından sonra gərginliyin artdığı Livan-İsrail rejimi sərhədində gərginliyi azaltmağa çağırmışdı.  
 
Livan ordusu İsrail rejiminin Livanın cənubundakı 6 bölgəni 92 artilleriya atəşi ilə hədəfə aldığını açıqlamış və Livandan atılan raketlərin mənbəyi ilə bağlı araşdırma başlatdığını bildirmişdi.  
 
Livanın baş naziri Həsən Diyab ölkəsinin cənubuna təşkil etdiyi hücumlaraa görə təcili olaraq İsrail rejimini BMT Təhlükəsizlik Şurasına şikayət etmək təlimatını vermişdi.
 

Google+ WhatsApp ok.ru