Livan Rusiyadan tank və top istədi

Livan Rusiyadan tank və top istədi

Livan hakimiyyəti Rusiyadan  Т-72 tankları və "Kornet" tank əleyhinə raket komplekslərinin verilməsini istəyib.
 
Bu barədə "RİA Novosti" Livanın Rusiyadakı səfiri Nassar Şaukinin sözlərinə istinadən yazıb.
 
Səfirin sözlərinə görə,  Livan ordusunun  terrorçularla səmərəli mübarizəsi üçün "Kornet" kompleksi və "T-72" tanklarına böyük ehtiyacı var.  
 
Şaukin onu da bildirib ki, hazırda  cari ilin sonuna kimi qeyd olunan silahların Livana təhvil verilməsi üçün Rusiya ilə daniışıqlar aparılır. (faktxeber)

Google+ WhatsApp ok.ru