İlk dəfə olaraq Fələstinli hərəkatlar birgə hərbi təlim keçiriblər

İlk dəfə olaraq Fələstinli hərəkatlar birgə hərbi təlim keçiriblər

Fələstinli hərəkatlar “ər-Rukn əş-Şadid” adlı birgə hərbi təlim keçiriblər.

 
SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, ilk dəfə olaraq Fələstinli hərəkatlar birgə hərbi təlimlər keçiriblər.
 
Hərbi təlimlərdən məqsəd, “İsrailin möhtəməl və mümkün hücumları zamanı hərtərəfli və koordinasiyalı cavablar verməkdir.”
 
Qəzzada keçirilən bu hərbi təlimlərdə Fələstinli hərəkatların bütün hərbi imkanları və heyətləri cəlb edilib.
 
Qeyd edək ki, Qəzza 12 ildir ki, hava, quru və sudan İsrailin mühasirəsindədir. Misirlə sərhəddə yerləşən gömrük keçidi isə nadir hallarda açılır.
 

Google+ WhatsApp ok.ru