'İlk insan 6 ildən sonra Marsa çatdırıla bilər'

'İlk insan 6 ildən sonra Marsa çatdırıla bilər'

İlk insan altı ildən sonra Marsa çatdırıla bilər. 

 
Bu barədə “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask bildirib.
 
“Mən əminəm ki, bu andan altı il sonra”, - Mask “İnsanlar Marsa düşmək imkanı nə vaxt əldə edəcəklər” sualına cavabında deyib.  
 
O, həmçinin qeyd edib ki, əlverişli şəraitdə birinci insan artıq dörd ildən sonra Marsa düşə biləcək.
 
“Biz iki ildən sonra ora komandasız gəmi göndərməyə çalışacağıq”, - deyə Mask əlavə edib. /Qafqazinfo/
 

Google+ WhatsApp ok.ru