Londonda film sənayesinə İslamın təsiri adlı seminar keçiriləcək

Londonda film sənayesinə İslamın təsiri adlı seminar keçiriləcək

Londonda İslamın kino sənayesinə təsiri, İslam və müsəlmanların necə təsvir edildiyini araşdırmaq üçün bir günlük seminar keçiriləcək.
 
Maide.Az "İslam Araşdırmaları və Məlumat Mərkəzi" saytına istinadla xəbər verir ki, sözügedən seminar 12 iyun tarixində Ağa Xan Universiteti İslam Sivilizasiyası Araşdırma İnstitutu tərəfindən təşkil ediləcək. 
 
Kinorejissorlar hər zaman İslamın mənasını təsvir etmək üçün kinonun bədii vasitələrindən istifadə etmişlər. Filmə populyar mədəniyyətin və bədii təcrübənin müasir forması kimi baxaraq, seminarda rejissorların İslamı insan və tarixi bir fenomen kimi müəyyənləşdirməsi və təsvir etməsi yolları araşdırılacaq.
 
Seminarda ilk növbədə Yaxın Şərq, Şimali Afrika və Cənubi Asiya filmlərindən bəhs edilsə də, digər bölgələrdən də məqalələr göndərilə bilər.
 
Təqdim olunan məqalələr aşağıdakı mövzuları əhatə etməlidir:
 
Müsəlman rejissorların kino sənayesinin müxtəlif hissələrinin formalaşmasında necə rol oynadığı, İslam mövzulu filmlərin norma və dəyərlərini, İslam filmlərindəki müharibə mövzularını, immiqrasiya, iqlim dəyişikliyi və ifadə azadlığı, müsəlman qadınların kino ekranında necə təsvir edildiyi, rejissorlar siyasət məsələlərini necə həll edirlər, İslam sənəti və memarlıq filmlərdə necə təsvir olunur.
 

Google+ WhatsApp ok.ru