M.İştiyyə: Tubas şəhərində 11 evin uçurulması nəticəsində 35 fələstinli uşaq didərgin düşüb

M.İştiyyə: Tubas şəhərində 11 evin uçurulması nəticəsində 35 fələstinli uşaq didərgin düşüb

Fələstinin baş naziri Məhəmməd İştiyyə İsrail hərbcilərinin İordan çayının qərb sahilində, işğal olunmuş ərazilərdə yerləşən Tubas şəhərində 11 müsəlman ailəsinin evlərinin dağıdılmasına pisləyib. 
 
Maide.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, O deyib ki, işğalçı İsrail rejim  qüvvələrinin hücumu nəticəsində 11 ev darmadağın olub, 85 nəfər evlərindən didərgin düşüb ki, onlardan 35 nəfəri uşaqlardır. 
 
M.İştiyyə beynəlxalq ictimaiyyətə müraciət edib  və dünyanı fələstin xalqını müdafiə etməyə çağırıb. İsrail tərəfindən fələstinlilərin  hüquqları pozulur,  evləri  dağıdılır. 
 
Qeyd edək ki, ötən gün siosnit rejim  işğal edilən Qərb Şəriyənin şimalında 11 fələstinlinin evini uçurub.  
 
 Qüdsün yəhudiləşdirilməsi məqsədi ilə aparılan dağıntı işlərində fələstinlilərin rəsmi icazəsiz ev tikməsi bəhanə göstərilib. 
 
 Fələstin Rəsmi Statistikasına əsasən, işğalçı İsrail rejimi  cari ildə  fələstinlilərə məxsus 500 -dən çox evi və infrastrukturu dağıdıb. 
 
  BMT Təhlükəsizlik Şurası işğalçı İsrail rejiminin bu cinayətlərinə etiraz etsə də Tel-Əviv BMT qətnamələrinə məhəl qoymur.

Google+ WhatsApp ok.ru