Müəllimə hörmət cəmiyyətin vəzifəsi kimi

Mən çalışıram ki, müəllimin dəyərləndirilməsi İslam dəyərləndirilməsi olsun. Bizim cəmiyyətimizin müəllimə hörmət etməyə ehtiyacı var. Əgər şagirdin valideyni müəllimə sözün həqiqi mənasında hörmət göstərsə, o şagird də sinifdə və sinifdən sonra müəllimə qarşı həmin hissə malik olacaq. Bizə bu lazımdır. Bu sizin üçün bütün maddi imtiyazlardan üstündür. Bizim Böyük İmamımız həkim idi. İmam Quranda işlənən mənada bir həkim idi. Həkim - digərlərinin gözlərindən uzaq və gizli qalan həqiqətləri müşahidə edən şəxsdir. Onun sözlərinin sadə görünməsi mümkündür, lakin nə qədər yarsanız, görərsiniz ki, daha çox qatları və dərinlikləri var. İmam belə idi. Siz Quranda "hikmət" sözünün işləndiyi yerlərə baxın - “Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir” - görün bunlar nədir. Görürsünüz ki, zahirən adi tövsiyələrdir, bizim həmişə bir-birimizə dediyimiz sözlərdir. Lakin nə qədər dərinliyinə getsəniz, görərsiniz ki, dərinliyi çoxdur. Fərz edin ata-anaya hörmət hikmətlərdən biridir. Ata-anaya hörmətin təsir və faydalarının sonu yoxdur. İnsan bu məsələdə nə qədər dərinliyə varsa, hələ də daha dərin olduğunu görər. Hikmət budur. İmam bir həkim idi. Burada dedilər ki, müəllimlik peyğəmbərlərin (ə) sənətidir. Bu, çox böyük sözdür.
 
Ali Lider Ayətullah Xameneinin universitet mənsublarına tövsiyələrindən /
 

Google+ WhatsApp ok.ru