Məsafədən idarəetmə funksiyasına malik tibbi təyinatlı robotlar yaradılıb 29 Avqust 2016 01:00 Maraq dünyası Son bir neçə ildə insan orqanizmində müxtəlif manipulyasiyalar həyata keçirə bilən miniatür robotların yaradılması üzrə işlər aparılır. İndi insanın nəzarəti altında hərəkət edən, dərmanları çatdıran və hətta cərrahi əməliyyatlar keçirmək qabiliyyətinə malik mikrorobotlar yaradılıb. “hi-news.ru” saytına istinadən xəbər verilir ki, isveçrəli alimlər tərəfindən yaradılmış kiçik ölçülü robot dərman preparatlarını lazımi yerə çatdırmaq, həmçinin yüksək dəqiqlik tələb edən cərrahi əməliyyatlar aparmaq qabiliyyətinə malikdir. Bundan başqa, robotlar, həmçinin elektromaqnit sahəsinin köməyi ilə məsafədən idarəetmə funksiyasına malikdir. Mikrorobot, hələ ki, sınaqdan keçirilir. Alimlər bildiriblər ki, biz bir çox amilləri nəzərə almalıyıq. Ən əsası odur ki, biz əmin olmalıyıq ki, pasiyentin bədənində hər hansı əməliyyat aparan mikrorobot neqativ effekt yaratmayacaq". (azərtac) / Teqlər : #Məsafədən idarəetmə funksiyasına malik tibbi təyinatlı robotlar yaradılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru YouTube sosial şəbəkəyə çevrilir 40 il balıqçıların arzusu olan 300 kq-lıq ağ balıq ələ keçdi - FOTO