MƏHƏRRƏM AYININ 5-Cİ GÜNÜ 06 Oktyabr 2016 01:00 ƏHLİ-BEYTİN (Ə) AĞIR GÜNLƏRİ DAVAM EDİR VƏ ÇƏTİNLİKLƏR GETDİKCƏ DAHA DA, ARTIR Həmin gün bazar gününə təsadüf edirdi. Übeydullah bir kişini Şəbəs ibn Rib`inin yanına göndərib onu saraya çağırdı. Şəbəs ibn Rib`i özünü xəstəliyə vurmuşdu və istəyirdi Übeydullah onu Kərbəlaya göndərməsin. Übeydullah ona bir məktub yazaraq bildirdi ki, Allahın Quranda buyurduğu şəxslərdən olmasın halbu ki Allah onların haqqında belə buyurudub: Onlar iman gətirənlərlə görüşdükləri zaman «iman gətirdik» deyərlər, öz şeytanları (azğın dostları) ilə xəlvətə çəkildikləri zaman isə «şübhəsiz, biz sizinləyik, biz (onları) yalnız ələ salırıq» deyərlər. Sonra ona xatırladaraq bildirdi ki, əgər bizim əmrimizə itaət edir və bizimləsənsə gərək yanımızda hazır olasan. Şəbəs gecə ikən Übeydullahın yanına gəldi. Übeydullah ibn Ziyad da, onu öz yanında oturdub dedi: Kərbəlaya gərək gedəsən. Şəbəs də, qəbul edəndən sonra Übeydullah onu min nəfərdən ibarət süvari ilə Kərbəlaya yola saldı. Sonra Übeydullah, Kufəlilərin Kərbalaya getmək üçün istifadə etdiyi Cisr körpüsündə Zəhr ibn Qeys adlı bir nəfəri təyin etdi ki, imam Hüseynə (ə) köməyə getmək istəyənlərin qarşısını alsın. Amir ibn Səlamə adında bir kişi imam Hüseynə (ə) kömək üçün Kərbəlaya gedirdi körpüdən keçmək istəyəndə Zəhr ibn Qeys ona dedi: mən sənin hara getdiyindən xəbərdaram. Hüseynə (ə) kömək etmək istəyirsənsə, qayıt! Lakin Amir ibn Əbi Səlamə, Zəhr ibn Qeys və onun ordusuna həmlə edərək onların arasından keçdi və kimsə də, onun dalıyca getməyə cürət etmədi. Amir özünü Kərbəlaya çatdırıb imam Hüseynə (ə) qoşulub şəhadətin uca məqamına çatdı. O həmçinin imam Əlinin (ə) də, sadiq səhabələrindən idi və dəfələrlə Həzrətin (ə) yanında müharibələrdə iştirak etmişdi.(Maide.Az) Teqlər : #MƏHƏRRƏM AYININ 5Cİ GÜNÜ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rübab qurban olsun Sənə - Əlirza İsfəndiyari (mərsiyə- AUDİO) “İmam Hüseynin (ə) südəmər körpələri” mərasimi keçirilir