Məkkəyə böyük böcək və çəyirtkə axını baş verib - VİDEO

Məkkəyə böyük böcək və çəyirtkə axını baş verib - VİDEO

Böyük bir böcək və çəyirtkə sürüsü Məkkə şəhərinin müxtəlif bölgələrinə hücum edib.
 
 Məkkədə müqəddəs Kəbə evinin yerləşdiyi Məscidul-Hərəmin həyətləri, xüsusilə şəhərin Qaşqaşiyə bölgəsinin küçələri və binaların divarları böcək və çəyirtkə sürüsü ilə doludur.
 
Səudiyyə rejiminin rəsmiləri açıqlama verərək, müxtəlif böcəklərlə mübarizə qruplarının Məscidul Hərəmdə böcəklərin yayılmasının qarşısını almağa çalışdığını bildirib.
 
Bəyanatda 22 müxtəlif qrup və təqribən 111 qurumun bu cür canlıların yuvalarını məhv etməyə çalışdığı qeyd olunub.  /Deyerler.org /
 
 

Google+ WhatsApp ok.ru