Mərkəzi Bank uçot dərəcəsini aşağı salıb

Mərkəzi Bank uçot dərəcəsini aşağı salıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini 9 faizdən 8.75 faizə endirib.
 
Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov aprelin 26-da keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 10.75, aşağı həddi isə 6.75 (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.
 
Qeyd edək ki, AMB bu il martın 15-də də faiz dəhlizi parametrlərinin azaldılması haqqında qərar qəbul etmişdi. Qərara əsasən, uçot dərəcəsi 9.25 faizdən 9-a endirilmişdi. Faiz dəhlizinin yuxarı və aşağı həddi də aşağı salınmışdı.
 
Ancaq müstəqil ekspertlər də deyirlər ki, Mərkəzi Bank son bir ildə uçot dərəcəsini bir neçə dəfə aşağı salsa da, banklar verdikləri kreditlərin faizlərini heç də aşağı salmırlar. Ekspertlərin fikrincə, bu hal şəffaf, müsbət proseslərə xas deyil. /azadliq.org/
 

Google+ WhatsApp ok.ru